Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zoltan Hernyes: Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur
Azərbaycanda gender məsələləri ilə bağlı qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təkliflər var.
Oxu.Az-ın məlumatına görə, bunu Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri, səfir Zoltan Hernyes Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.
Onun sözlərinə görə, məsələ barədə danışmaq tezdir:
“Ümid edirik ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin nəticələri tövsiyə kimi qalmayacaq, real qanunvericilik praktikasında öz əksini tapacaq. Dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin bu layihəyə dəstəyi göstərir ki, Azərbaycanda bu məsələyə diqqət verilir və gender bərabərliyi məsələlərində gələcəkdə irəliləyişlərə nail olunacaq”.
Səfir qeyd edib ki, gender bərabərliyinə Avropa məkanında bir neçə ölkədə müvəffəq olunur:
“Əksər Avropa ölkələrində gender bərabərliyi yoxdur. Bu istiqamətdə bir çox addımlar atılır, ictimai mübarizə aparılır. Azərbaycan da istisna deyil.
Deyə bilmərik ki, gender bərabərliyi sahəsində oturuşmuş Avropa modeli var və Azərbaycan onu tətbiq etməlidir. Bütün Avropa ölkələrində bu sahədə müzakirələr, ictimai mübarizə gedir. Heç kim mükəmməl deyir. Ümid edirik ki, bu layihə önəmli töhfələrimizi verməyə imkan yaradacaq”.
İlhamə Əbülfət
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü
Rəylər