Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana tarixin bu günü dünyaya göz açıb.
Oxu.Az məlumat verir ki, Həsənova Züleyxa Əsgəralı qızı 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z.Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z.Həsənovaya həm də “Qəhrəman ana” fəxri adı verilib.
1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
2002-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülən ilk insanlardan biri olub.
Z.Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Züleyxa ana 1 dekabr 2011-ci ildə vəfat edib.
Aytən Sadıqzadə
www.oxu.az