26 
Noy
2021
17:14
68
11
1421
Virtual karabakh

“CinemaPlus”un qocaman əməkdaşı rəhbərlik tərəfindən təltif olunub - FOTO

26 Noy, 2021
17:14
1421

“CinemaPlus”un qocaman əməkdaşı rəhbərlik tərəfindən təltif olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrın qocaman əməkdaşı Qennadiy Qasımov rəhbərlik tərəfindən təltif olunub. 

O, 55 illik təcrübəyə malik olan proyeksiyaçı idi. Onun karyera yüksəlişi əfsanəvi “Azərbaycan” kinoteatrının açıldığı gündən 1966-cı ildən 2012-ci ilə kimi davam edib. 2012-ci ildən 2016-cı ilə qədər – “28 Cinema”, 2016-cı ildən bu günə kimi – “CinemaPlus” kinoteatrında fəaliyyət göstərib. Hər kəs eyni vəzifədə bu qədər uzun müddət işləməyi bacarmır.

Qennadiyin çox peşəkar və təcrübəli mütəxəssis olması müdiriyyət və həmkarları tərəfindən çox yüksək qiymətləndirilir. Həmkarları onu yalnız peşəkarlığına görə yox, həm də insani keyfiyyətlərinə görə dəyərləndirirlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi sizə hər zaman xoş sürprizlər etmək və izləyiciləri kino dünyasında olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.  

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri