10 
Dek
2021
17:06
32
97
1697
Virtual karabakh

“CinemaPlus”da “Spenser: Şahzadə Diananın sirri” filminin nümayişi başladı - VİDEO

10 Dek, 2021
17:06
1697

“CinemaPlus”da “Spenser: Şahzadə Diananın sirri” filminin nümayişi başladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Şahzadə Diananın həyatının son günlərindən bəhs edən “Spenser: Şahzadə Diananın sirri” bioqrafik filminin nümayişinə başlayıb.

“CinemaPlus”dan verilən məlumata görə, film Venesiya Film Festivalının premyeralarından biridir.

Rejissor Pablo Larrain “Spenser” filmini kraliça olmaq istəməyən şahzadə haqqında unikal hekayə hesab edir.

O, əlbəttə ki, haqlıdır, yalnız bu hekayəni artıq reallığın özü danışıb.

Süjet mərkəzində tarixin ən nüfuzlu britaniyalılarından biri şahzadə Diana Uelskayadır (qız soyadı olan Spenser). O, əfsanəvi qadın və çoxları üçün nümunə idi. Kristen Stüart həmin bu rolu canlandırdı.

Filmin hekayəsi, ictimaiyyət qarşısında ideal evli cütlük rolunu oynamağa məcbur olan Şahzadə Diana və Çarlz Vindzordan bəhs edir. Hər il kral ailəsi Milad bayramını bütün həftəsonunu keçirdikləri “Sandriqem Estate”də qeyd etmək üçün toplanır. Bu dəfə bayram təhlükə altındadır. Şahzadə Diana çoxdan ərinin ona xəyanət etməsindən şübhələnir. Davranışında bir çox qəribəliklər görür, lakin fikirlərini öz beynində saxlamağa üstünlük verir.

O, boşanmaq qərarına gəlir, yerli media artıq həyat yoldaşlarının küçədə qeyri-adi davranışını qeyd edib. Diana üçün uşaqlar həyatda ən vacib yer tutur, ona görə də o, özünü heç nə bilmirmiş kimi aparmağa məcbur olur. Şam yeməyi zamanı Diana xəyanət edənə gülümsəyir və sonra düzgün seçim tapmağa çalışır. Tezliklə bütün ölkə Çarlz və Kamilla Parker-Bouz arasındakı gizli münasibət haqda danışır. Bədbəxt evlilik sona çatırdı, şahzadənin həyatında əvvəlkindən daha çətin olmayan yeni mərhələ başlayır.

Baş rolları Kristen Stüart, Salli Hokins, Şon Harris, Timoti Spoll, Olqa Hellsinq və Tomas Duqlas canlandırıblar.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri