15 
Dek
2021
12:14
90
29
2709
Virtual karabakh

“CinemaPlus”da çoxdan gözlənilən “Hörümçək adam” - VİDEO

15 Dek, 2021
12:14
2709

“CinemaPlus”da çoxdan gözlənilən “Hörümçək adam” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində gözlənilən “Hörümçək adam: Geriyə yol yoxdur” filmi dekabrın 15-dən nümayiş olunacaq. 

Bu Tom Hollandın çəkildiyi “Hörümçək adam” trilogiyasının son hissəsidir. Film həmçinin superqəhrəman komikslərinin əvvəlki adaptasiyalarından olan aktyorları, eləcə də dünyanı xilas etmək üçün Piter Parkeri geri qaytaracağı ilə diqqəti cəlb edib.

Nümayişlərin ilk günlərinə demək olar ki, bilet qalmayıb. Film təkcə Marvel kainatının pərəstişkarları üçün deyil, minlərlə izləyiciləri də cəlb edəcək.

“Hörümçək adam” filmində ilk dəfə dost qəhrəmanımız ifşa edildi. İndi superqəhrəmanlıqlar onun adi həyatından ayrılmaz hala gəldi. Doktor Strencdən kömək istədikdə isə vəziyyət gərginləşir. Piter Parker “Hörümçək adam” olmağın əslində nə olduğunu anlamağa başlayır.

Filmin rejissoru Con Uotts.

Rollarda Tom Holland, Benedikt Camberbetç, Benedikt Vonq, Ceykob Batalon, Zendaya, Toni Revolori, Marisa Tomey, Ceymi Foks, Alfred Molina və Villem Dafo tamaşaçı qarşısına çıxır.

Qeyd etmək istəyirik ki, “Hörümçək adam: Geriyə yol yoxdur” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri