30 
Dek
2021
11:34
79
26
1770
Virtual karabakh

Orxan Məmmədov: “Kinoteatrların uzun müddət qapalı qalması sektora mənfi təsir göstərib” - FOTO

30 Dek, 2021
11:34
1770

Orxan Məmmədov: “Kinoteatrların uzun müddət qapalı qalması sektora mənfi təsir göstərib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya ilə əlaqədar kinoteatrların uzun müddət qapalı qalması sektora mənfi təsir göstərib”.

Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “CinemaPlus” kinoteatrında keçirilən “Post-pandemiya dövründə kinoteatrların fəaliyyəti ilə bağlı müzakirələr” zamanı deyib.

O bildirib ki, kinoteatrlar ictimai iaşə obyektləri arasında xüsusi yeri tutur və insanların əyləndiyi məkanlardır:

“Pandemiya ilə əlaqədar görülən işlər çərçivəsində iki il ərzində kinoteatrlar qapalı idi və bu da sektora çox ciddi mənfi təsir göstərdi. Bizim kimi müvafiq qurumlar pandemiyanın səngidiyi dövrlərdə ictimai iaşə sektorlarının açılmasına dəstək verirdi. Artıq müvafiq sektor çalışır. Lakin, insanlar uzun müddət kinoteatrlara getmirdilər. Bu gün sektorda hansı problemlərin qaldığını araşdırmalıyıq. Qapanmalardan sonra sektor necə çalışır və pandemiyadan əvvəlki rəqəmlər geri qayıdıbmı? - bunları aydınlaşdırmalıyıq. Çünki, pandemiya dövründə biz bir sıra reallıqlarla barışmalı olduq. Bu dövrdə insanlar evdə televiziyaları izləyir, onlayn platformalardan istifadə edirdilər”.

Orxan Məmmədov qeyd edib ki, KOBİA üçün ictimai iaşə sektoru çox önəmlidir, çünki kiçik və orta biznes subyektləri bu sektorda birləşib.

Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri