12 
Yan
2022
16:26
18
81
2899
Virtual karabakh

CinemaPlus-da super casus döyüş filmi “King’s Man: Başlanğıc” - VİDEO

12 Yan, 2022
16:26
2899

CinemaPlus-da super casus döyüş filmi “King’s Man: Başlanğıc” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” yanvarın 13-dən kinoteatrlar şəbəkəsində nümayiş olunan “King’s Man: Başlanğıc” və digər filmlərin siyahısını təqdim edib.

Belə ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi dekabrın 13-dən “King’s Man: Başlanğıc” filminin nümayişinə başladı. Bu, bəşəriyyətin xeyrinə gizli fəaliyyət göstərən super-casus təşkilatın yaranmasının hekayəsidir.

Filmin baş rollarını Reyf Fayns, Xarris Dikinson və Cemma Arterton ifa ediblər. Filmin müddəti 145 dəqiqə, yaş həddi 18+ rejissoru isə Mettyu Vondur. 

Film haqqında qısa məlumat:

Korrupsioner siyasətçilərin və kriminal dahilərin qorxunc ittifaqı dünyanı milyonlarla insanın həyatına son qoya biləcək müharibənin astanasına aparır. Problemi həll etməyə və yaramazları dayandırmağa hazır olan yalnız bir adam var.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi həmdə ABŞ istehsalı olan “Qışqırıq” qorxu filminin nümayişinə başlayır.

Filmin rejissorları Mettyu Bettinelli və Tayler Cilletdir. Baş rolları Melissa Barrera, Kayl Qalner və Meyson Qudinq ifa ediblər. Film 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və müddəti 130 dəqiqədir.

Film haqqında qısa məlumat:

Sakit Vudsboro şəhərini sarsıdan bir sıra amansız qətllərdən 25 il sonra, daha bir manyak Kabus üz maskasını taxmağa çalışacaq və keçmişin təhlükəli sirlərini açaraq bir qrup yeniyetməni təqib etməyə başlayacaq.

 
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Nalan” komediyasının nümayişi başlanıb.

Filmin rejissoru Fatih Mutludur. Baş rolları Açelya Topaloğlu, Sergen Deveci və Berna Koraltürk ifa ediblər. Film 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub və müddəti 126 dəqiqədir.

Film haqqında qısa məlumat:

Səhər verilişinin məşhur aparıcısı Nalan qəzadan sonra 2 ildir ki, verilişinə fasilə verir. Fasilədən sonra verilişinə yenidən başlamaq qərarına gələn Nalanın ilk qonaqlarından biri də keçmiş sevgilisi, reper Tələt olub. Amma Nalanda canlı yayım başlayandan az sonra nəsə baş verir: ona sual verəndə istər-istəməz fikirləşdiyinin əksini deyir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri