23 
Fev
2022
17:12
10
67
3277
Virtual karabakh

Eksklüziv olaraq “CinemaPlus”da: “Lulu və Briqqs”in heyrətamiz macərasından bəhs edən film - VİDEO

23 Fev, 2022
17:12
3277

Eksklüziv olaraq “CinemaPlus”da: “Lulu və Briqqs”in heyrətamiz macərasından bəhs edən film - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 24-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Lulu və Briqqs” və digər filmlərin siyahısı açıqlanıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, fevralın 24-dən ümumi məqsədlərinə çatmaq üçün öz iradələrinə zidd olaraq qüvvələri birləşdirməyə məcbur olan iki keçmiş ordu reyncerlərinin heyrətamiz səyahətindən bəhs edən ABŞ istehsalı olan “Lulu və Briqqs” filminin eksklüziv nümayişi başlayır.

Baş rolları Çenninq Tatum, K'Orianka Kilçer və Emmi Rever-Lempman ifa ediblər.

Filmin rejissorları Rid Carolin Ried və Çenninq Tatumdur. Filmin müddəti 110 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Dəniz piyadaçısı Briqqs Lulu adlı xidmət itini Kaliforniyaya çatdıracaq. Tapşırığın çətin olduğu ortaya çıxır. Yüngül səyahət kimin kimi daşıdığı bəlli olmayan cəhənnəm səyahətinə çevrilir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi kino tarixində ən əfsanəvi “Xaç atası. Filmin 50 illiyi” filminin nümayişinə başlayır.

Baş rolları Al Paçino, Marlon Brando, Ceyms Kaan, Dayan Kiton, Taliya Şayr, Rimard Kastellano və başqaları ifa ediblər.

Filmin rejissoru Frensis Ford Koppoladır. Filmin müddəti 190 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Ailənin başçısı Don Vito Korleone qızını ərə verir. Bu zaman onun sevimli oğlu Maykl İkinci Dünya müharibəsindən qayıdır. Müharibə qəhrəmanı, ailənin fəxri Maykl qəddar ailə biznesi ilə məşğul olmaq istəmədiyini bildirir. Don Korleone işini köhnə qaydalara uyğun aparır, amma başqa vaxtlar gəlir və yaranmış nizamı dəyişmək istəyənlər peyda olur. Don Korleoneyə sui-qəsd edilir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Çin, Avstraliya və ABŞ istehsalı olan “Kölgələrin oyunu” trillerin nümayişi başlayır.

Filmin rejissoru Mark Uilyamsdır. Baş rolları Liam Nison, Aydan Kuinn və Emmi Rever-Lempman ifa ediblər. Filmin müddəti 120 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: O, FTB üçün müxtəlif işlərdə çalışıb. O, lazımsız suallar vermədi və sadəcə öz vəzifəsini yerinə yetirdi. Amma agentlərin ən yaxşısı nəvəsinin xatirinə oyunu tərk etmək qərarına gəldikdə, şöbə onun xahişini rədd etdi. İndi o, sistemə meydan oxumağa və hakimiyyətin ən zirvəsinə aparan bütün sui-qəsdlərə işıq salmağa hazırdır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ istehsalı olan “Sirano” musiqili dramın nümayişi başlayır.

Filmin rejissoru Co Raytdır. Baş rolları Ben Mendelson, Piter Dinkleyc və Kelvin Harrison ifa ediblər. Filmin müddəti 140 dəqiqədir və 12 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Sirano de Berjerak - zamanını qabaqlayan bir insan - şifahi və qılıncoynatma duellərində eyni dərəcədə bacarıqlıdır. Görünüşündəki qüsurların onda sadiq sevgilisi, parlaq Roksananın sevgisinə layiq olmadığı əminliyini yaradır, ona hisslərini açıqlamağa risk etmir, Roksana isə ilk baxışdan Kristiana aşiq olur. 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Avstriya və Almaniya istehsalı olan “Ay sərgüzəştləri” ailəvi animasiya filminin nümayişi başlayır.

Cizgi filmin rejissoru Ali Samadi Ahadidir. Baş rolları Lilian Qartner, Aleks Le və Sindi Robinson ifa ediblər. Filmin müddəti 100 dəqiqədir və 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Böyüklər kosmosu fəth etmək arzusunda olduğu halda, uşaqlar artıq ulduzlar arasında səyahət edirlər. Balaca bacısını xilas etmək üçün Piter Aya səyahət etməli olacaq. Bu cür macəralara hamı həsəd aparacaq, bəs gənc qəhrəman və onun bacısı vaxtında Yerə qayıda biləcəklərmi?

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri