Apr
2022
12:38
26
108
3027
Virtual karabakh

“CinemaPlus”da qorxulu Morbius - FOTO/VİDEO

4 Apr, 2022
12:38
3027

“CinemaPlus”da qorxulu Morbius - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Morbius” filminin təqdimatı keçirilib.

“Morbius”, “Columbia Pictures” tərəfindən “Marvel” ilə birlikdə istehsal olunub.

Vampir Morbius personajının yer aldığı “Marvel Comics” əsasında 2022-ci ildə hazırlanmış  Amerika “superqəhrəman” filmidir. “Sony Pictures Releasing” tərəfindən hazırlanan film “Sony”nin “Hörümçək Adam” Kainatında üçüncü filmdir.

Kinoteatrın foyesi filmin üslubuna uyğun dekor olunub. Elin Əhmədovun oynadığı Morbius obrazının qeyri-adi görünüşü qonaqları şoka salıb. Sonra tədbir iştirakçıları böyük məmnuniyyətlə gecənin baş qəhrəmanı ilə foto çəkdirdilər.

DJ Yago, ləzzətli furşet, alkoqol və alkoqolsuz içkilər qonaqlara xoş anlar yaşadıblar. Gecədə həmçinin, fotoqraflar və videoqraf da olub.

Filmin rejissoru Daniel Espinosadır. Baş rolu Cared Leto oynayıb. Filmdə həmçinin Maykl Kiton, Mett Smit, Adria Arhona, Jared Harris və başqa aktyorlar çəkilib.

Süjet: Michael Morbius uşaqlıqdan nadir qan xəstəliyindən əziyyət çəkir və bütün yetkin həyatını müalicə tapmağa həsr edib. Bir gün Maykl yarasaların qanında mümkün bir xilası görür və riskli təcrübəyə qərar verir. Təcrübə gözlənilməz reaksiyaya səbəb olur: xəstə hüceyrələrlə əlaqəyə girərək, bədənini dəyişir və qaniçən bir canavara çevrilir.  

Qeyd etmək istəyirik ki, “Morbius” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri