Apr
2022
11:26
65
16
2925
Virtual karabakh

“CinemaPlus”da aprelin 7-dən etibarən nümayiş olunan filmlərin siyahısı - VİDEO

7 Apr, 2022
11:26
2925

“CinemaPlus”da aprelin 7-dən etibarən nümayiş olunan filmlərin siyahısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində aprelin 7-dən etibarən nümayiş olunan filmlərin siyahısı açıqlanıb.

Kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, aprelin 7-dən ABŞ istehsalı olan “Təcili yardım” döyüş trillerinin nümayişi başlayır.

Filmin rejissoru Maykl Beydir. Filmin baş rollarını Qarret Dillanxant, Ceyk Cillenhol və Eysa Qonsales ifa ediblər. Filmin müddəti 150 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Veteran Uill Şarp ölümcül xəstə olan həyat yoldaşını xilas etmək üçün pula çox ehtiyac duyur. O, kömək üçün cinayətkar qardaşına müraciət edir və onu bankı soymağa razı salır. Lakin hər şey plana uyğun getmir və qardaşlar iki girovla - həkim və yaralı polislə birlikdə təcili yardım maşınını oğurlamalı olurlar.

Qeyd edək ki, “Təcili yardım” filmi ingilis dilində də olacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində həmdə ABŞ istehsalı olan “Hər şey hər yerdə və bir anda” fantastik komediyanın nümayişi başlayır.

Filmin rejissorları Mayk Den Kvan və Deniel Şaynertl Beydir. Filmin baş rollarını Mişel Yeo, Ceymi Li Kertis və Stefani Süy ifa ediblər. Filmin müddəti 150 dəqiqədir və 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Təsəvvür edin ki, bizim reallığımızın alternativ versiyaları var, burada siz tamamilə fərqli bir insansınız. Evelin özünün digər versiyalarının xatirələrinə, duyğularına və inanılmaz qabiliyyətlərinə çıxış əldə etməklə bunu şəxsən bilir. İndi Evelin minlərlə həyat yaşaya və hər kəs ola bilər - məşhur aktrisa, döyüş sənətçisi, opera divası və hətta səmavi tanrı.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Rusiya istehsalı olan “Oğlan-delfin” animasiya filminin nümayişinə başlayır.

Filmin rejissoru Məhəmməd Hamedanidir. Filmdə baş rolları Tina Xaşemi, Hamed Əzizi və Soraya Qazemi ifa ediblər. Filmin müddəti 105 dəqiqədir və 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Delfin balası Qartopu təyyarə qəzasında sağ qalan kiçik uşağı xilas edir. O vaxtdan bəri dostlar, demək olar ki, qardaşlar, birlikdə böyüyərək, gülməli hiylələri ilə dəniz əhalisini həyəcanlandırırlar. Bir gün onların şən, kiçik dünyasının dincliyi pis Səkkizayaq tərəfindən məhv edilir. O, balaca oğlanı quruya qovur, burada isə uşaq, insanlar arasında yaşamağı öyrənməli və mənşəyinin sirrini başa düşməlidir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri