13 
Apr
2022
18:34
20
80
3296
Virtual karabakh

“CinemaPlus”da aprelin 14-dən etibarən nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

13 Apr, 2022
18:34
3296

“CinemaPlus”da aprelin 14-dən etibarən nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində aprelin 14-dən etibarən nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

Kinoteatrlar şəbəkəsində aptelin 14-dən ABŞ istehsalı olan “İtirilmiş Şəhər” macəralı komediya filminin nümayişi başlayır.

Komediya janrındakı filmin rejissorları Aaron Ni və Adam Nidir. Baş rollarda Sandra Bullok, Çenninq Tatum və Deniel Redkliff çıxış edir. Filmin müddəti 100 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. 

Film haqqında qısa məlumat: Loretta Seyc məşhur sevgi-macəra romanları yazır. Onlardakı hadisələr, şübhəsiz ki, ekzotik yerlərdə baş verir və əsas personaj, Deş rolunu oynayan model Alandır. Yeni bestseller nümayiş etdirmək üçün turne səfərində olarkən, Loretta son kitabından onu qədim itirilmiş şəhərin xəzinələrinə apara biləcəyinə əmin olan ekssentrik milyarder tərəfindən qaçırılır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Kendinden Kaçak” komediyanın nümayişi başlayır.

Komediya janrındakı filmin rejissoru Levent Türkandır. Baş rolları Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin ifa edir. Filmin müddəti 100 dəqiqəddir və 6 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Kompüter oyunları oynayarkən dünya ilə əlaqələrini kəsən üç dost yaxınlıqda oğurluq hadisəsi baş verdikdən sonra həbsxanaya düşürlər. Həbsxanadan qaçmağa çalışan dostlar gözlənilməz vəziyyətlərə düşürlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Zoluşka və Sehrli Daşın Sirri” animasiya filminin nümayişinə başlayır.

Filmin rejissoru Elis Blehartdır. Baş rollarda Ceri Kortni-Osteyn, Eşli Bornansin və Toni Atsolino çıxış edir. Filmin müddəti 100 dəqiqədir və yaş həddi 6+ olaraq müəyəyn edilib.

Film haqqında qısa məlumat: Küllücə yeni macəralarla qarşılaşmağa tələsir! O, Sehrli Daşı tapmalı və pis sehrbazın qaranlıq tilsim etdiyi şahzadəni xilas etməlidir. Əsl dostlar və gənc sehrbazla birlikdə Küllücə krallığı və onun bütün sakinlərini xilas etməlidir!

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “9 güllə” trillerin nümayişi başlayır.

Triller janrındakı filmin rejissoru Qiqi Qastondur. Baş rollarda Lina Xidi, Din Skott Vaskes və Sem Uorington çıxış edir. Filmin müddəti 110 dəqiqədir. Yaş həddi 16+ olaraq müəyyən edilib.

Film haqqında qısa məlumat: Keçmiş rəqqasə öz taleyini dəyişdirmək qərarına gəlir və hər vasitə ilə keçmiş sevgilisinin simasında həyatı mafiya tərəfindən təhlükə altında olan oğlanı xilas etmək qərarına gəlir.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından, mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar vasitəsilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri