20 
Apr
2022
12:02
33
15
2217
Virtual karabakh

“CinemaPlus”da “Şimal adamı” tarixi filmi nümayiş olunacaq - VİDEO

20 Apr, 2022
12:02
2217

“CinemaPlus”da “Şimal adamı” tarixi filmi nümayiş olunacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində aprelin 21-dən ABŞ və Böyük Britaniya istehsalı olan “Şimal adamı” tarixi dramın nümayişi başlanır.

Filmin büdcəsi 90 milyon dollardır.

Rejissor Robert Eggers.

Baş rollarda: Aleksandr Skarsqard, Anya Teylor-Coy və Nikol Kidman.

Müddəti 150 dəqiqə. Yaş həddi 16+

Film haqqında qısa məlumat:

Hekayə X əsrin əvvəllərində İslandiyada baş verir. Yeni torpaqlar axtaran amansız vikinqlər vətənlərini tərk edərək və hər yerdə qan axıdaraq yad əraziləri ələ keçirməyə başlayırlar. Süjetin mərkəzində silahdaşlarını itirmiş və onların ölümünün qisasını almağa can atan gənc vikinq dayanır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində, həmçinin, Qazaxıstan istehsalı olan “Maço kimi” komediyasının nümayişi başlanır.

Filmin rejissoru Bakıcan Ciyenallı.

Baş rollarda Dastan Orazbekov, Kamşat Joldıbayeva və Abunasır Serikov.

Müddəti 100 dəqiqə. Yaş həddi 14+

Film haqqında qısa məlumat:

Stomatoloq Damir çoxdan gözlənilən dəvəti alır: ABŞ-ın nüfuzlu tibb mərkəzində ona iş təklif olunur. Ancaq anası onu seçim qarşısında qoyur - ya ailə qurub gələcək həyat yoldaşı ilə uçub getmək, ya da ölkədə qalmaq. Damir xəstəsindən öyrənir ki, müəyyən bir tanışlıq agentliyi var və orada “pikap” məşqçisi Ardak ona kömək etməyə hazırdır. O, belə çətin işin öhdəsindən gələcəkmi? Axı Damirin, cəmi 2 ay vaxtı var.

Qeyd etmək istəyirik ki, “Maço kimi” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Almaniya istehsalı olan “Dovşanlar qardaşlığı: Pasxa həyəcanı” animasiya filminin nümayişi başlanır.

Filmin rejissoru Ute fon Münhov-Pol. 

Baş rollarda Zenta Berger, Fridrix Fon və Katya Ştrasser. 

Müddəti 90 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat:

Dovşan Maks, bir gün pəncələri onu istedadlı və çevik dovşanlarla əhatə edənə qədər qayğısız bir həyat sürdü. Onlar Pasxa bayramının qəyyumlarıdır və bütün Pasxa yumurtalarının təhlükəsiz şəkildə gizlədilməsinə cavabdehdirlər. İndi Maks, çoxdan gözlənilən Pasxa bayramını xilas etmək üçün ən vacib missiyaya rəhbərlik etməlidir! 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az
mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri