21 
Apr
2022
15:54
11
101
2643
Virtual karabakh

“CinemaPlus”da “Maço kimi” komediyasının mətbuata nümayişi keçirildi - FOTO/VİDEO

21 Apr, 2022
15:54
2643

“CinemaPlus”da “Maço kimi” komediyasının mətbuata nümayişi keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Qazaxıstan istehsalı olunan “Maço kimi” romantik komediya filminin premyerasından öncə mətbuat nümayişi keçirilib. Jurnalistlər gərgin iş günündən sonra çoxlu pozitiv emosiyalar aldılar.

Filmin rejissoru Bakıcan Ciyenallıdır. Baş rolları isə Dastan Orazbekov, Kamşat Joldıbayeva və Abunasır Serikov ifa ediblər. Filmin müddəti 100 dəqiqədir və 14 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat:

Stomatoloq Damir çoxdan gözlənilən təklif alır: ABŞ-ın nüfuzlu tibb mərkəzində iş. Ancaq anası onu seçim qarşısında qoyur - ya ailə qurub gələcək həyat yoldaşı ilə uçub gedir, ya da ölkədə qalır. Damir xəstəsindən öyrənir ki, müəyyən bir tanışlıq agentliyi var və orada pikap məşqçisi Ardak ona kömək etməyə hazırdır. O, belə çətin işin öhdəsindən gələcəkmi? Axı Damirin, cəmi 2 ay vaxtı var.

Qeyd edilib ki, “Maço kimi” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

“CinemaPlus” hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri