Avq
2022
12:12
22
79
2474
Virtual karabakh

“CinemaPlus”da Milli Kino Günü qeyd olunub - FOTO/VİDEO

4 Avq, 2022
12:12
2474

“CinemaPlus”da Milli Kino Günü qeyd olunub - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 2-si bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan Milli Kino Günüdür.

“CinemaPlus Amburan Mall” premium kinoteatrda açıq səma altında “Olimpia” Azərbaycan filminin bu bayrama həsr olunan tədbiri keçirilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekran işi idman melodram janrındadır.

Tədbirin fəxri qonaqları arasında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, o cümlədən məşhur boksçular da olub:

- Fərhad Acalov – Müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu. Əməkdar İdman ustası, Əməkdar məşqçi.
- Fuad Aslanov – Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məşqçi.
- Şahin İmranov - Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məşqçi.
- Sahib Bağırov – Dünya, Avropa mükafatçısı.
- Qalib Əbiyev - Azərbaycan çempionu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın təkmübarizlik növləri kafedrasının müdiri, fəlsəfə doktoru, professor, beynəlxalq dərəcəli hakim.
- Vahid Vəliyev - Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, kafedra dosenti.

Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.

Rollarda: Qurban İsmayılov, Kəmalə İsrafilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həci İsmayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov. 

Film haqqında qısa məlumat:

Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini aparır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırından içərək həyatlarından həzz alırlar.  Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq, o tənha bir insandır. Nə ailəsi, nə uşağı, nə gələcəyə dair bir baxışı, planları, inamı… Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir. 

Qeyd etmək istərdik ki, Əli-Səttar Quliyevin “Olimpia” filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının “Rusiya – İslam dünyası” müsabiqə proqramına dəvət alıb.

Tədbirin təşkilində “FRYDAY Burgers & Fries”, Azərbaycan Peşəkar Boks Federasiyası və Karapapak Fight Club & Promotion, həmçinin foto və video çəkilişlərlə bağlı “Light in Black” kreativ şirkəti dəstək göstəriblər. 

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri