Mar
2023
12:20
10
45
3156
Virtual karabakh

“CinemaPlus”da türk ailə komediyası: “Ne olacak halim?” - VİDEO

7 Mar, 2023
12:20
3156

“CinemaPlus”da türk ailə komediyası: “Ne olacak halim?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən “Ne olacak halim?” türk ailə komediyasını nümayişi başlayır.

Filmin rejissor və ssenaristi Semra Dündardır.

Baş rollarda Emre Altuğ, Algı Eke və Lemi Filozof yer alıb.

Film haqqında qısa məlumat: Məşhur aparıcı Halim Pekyaman uşaqları sevmir və həyatını “playboy” olaraq yaşayır. Bir gün canlı televiziyada uşaqlardan danışanda həyatı alt-üst olur. Uşaq düşməni elan edilən aparıcı, telekanaldan qovulur və Kuşadasındakı bağ evinə gedir. Onun yolu əri tərəfindən tərk edilmiş, dörd övladı ilə həyat mübarizəsi aparan Mələklə kəsişir.

Həyat elə gətirir ki, Halim sevgili olduğu Mələyin uşaqlarına baxmaq məcburiyyətində qalır. O, İstanbuldakı cazibədar həyatını unudub ailə başçısı ola biləcəkmi?

“CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri