Apr
2023
20:16
41
22
3242
Virtual karabakh

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin SİYAHISI - VİDEO

5 Apr, 2023
20:16
3242

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin SİYAHISI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

Kinoteatrlar şəbəkəsindən evrilən məlumata görə, ABŞ istehsalı olan “Mənim gözəl bədbəxtliyim” melodram filminin nümayişi başlayır.

Filmin rejissoru Rocer Kambldır. Filmdə baş rolları Dilan Sprous, Virciniya Qardner, Ostin Nort ifa ediblər. Filmin müddəti 115 dəqiqədir və 16 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Ebbi keçmişindən qaçmaq istəyən sirli və əlçatmaz birinci kurs tələbəsidir. Trevis sevgiyə inanmayan üsyançı və qaydasız döyüş çempionudur. Ebbinin uzaq durmalı olduğu hər şeyi özündə cəmləşdirən Trevis, mərc təklif edir: o, növbəti döyüşdə qalib gəlsə, Ebbi onunla bir ay keçirəcək. Lakin Trevis onların göründüyündən daha çox ortaq cəhətləri olduğunu dərk etmir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Mübariz” tarixi müharibə filminin nümayişi başlayır.

Filmin rejissoru Natiq Novruzovdur. Filmdə baş rolları Hüseyn Əliyev, Azad Şükürov, Rəhbər Əkbərzadə, Şamil Süleymanlı, Nuray Səlimova, Flora Hüseynova, Natiq Fərzəliyev ifa ediblər. Filmin müddəti 95 dəqiqədir və altı yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub..

Film haqqında qısa məlumat: Film Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunub. Süjet boyu izləyicilər qəhrəmanın həyat yolu, ailə və Vətəninə münasibəti, eləcə də şəhidlik zirvəsinə yüksəldən son mübarizəsilə tanış olacaqlar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində etibarən ABŞ və Yaponiya istehsalı olan “Super Mario qardaşları kinoda” ailəvi cizgi filminin nümayişi başlayır.

Filmin rejissorları Aaron Horvat və Mixael Yelenikdir. Filmdə baş rolları Kris Prat, Anya Teylor-Coy, Çarli Dey ifa ediblər. Filmin müddəti 120 dəqiqədir və altı yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Super qardaşlar Mario və Luicinin maraqlı və macəra dolu yeni filmilə tanış olun. Onlarla birlikdə qarışıq labirintlərin və sirlərin füsunkar dünyasında itirilmiş şahzadənin axtarışına çıxın.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Xənnas” mistik qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru Elvin Abdulladır. Filmdə baş rolları Hikmət Rəhimov, Pərvin Abıyeva, Türkay Cəfərli, Qorqud Cəfərli, Zarina Qurbanova ifa ediblər.

Filmin müddəti 115 dəqiqədir və 16 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir. Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir...

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından www.cinemaplus.az və ya mobil tətbiqindən, IOSAndroid əməliyyat sistemi olan smartfonlar  vasitəsi ilə əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri