Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısını təqdim edirik:
“Forsaj 10” döyüş filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Forsaj 10” döyüş filminin nümayişi başlayır.
Filmin rejissoru Lui Leteryedir. Baş rolları Vin Dizel, Mişel Rodriges, Ceyson Momoa, Şarliz Teron, Alan Riçson, Bri Larson oynayıblar. Filmin müddəti 160 dəqiqədir və 12 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: Bənzərsiz küçə yarışçısı Dominik Toretto və komandası haqqında filmlərin yeni və son hissəsi. Həmişə olduğu kimi, bizi dəbdəbəli avtomobillər, yüksək sürət və inanılmaz dərəcədə təhlükəli sərgüzəştlər gözləyir.
![](https://img.youtube.com/vi/aOb15GVFZxU/sddefault.jpg)
Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az və ya mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün: IOS link və Android link əldə edə bilərsiniz. Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
Rəylər