“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Forsaj” franşizasının onuncu və final hissəsinin misilsiz küçə yarışçısı Dominik Toretto və komandası haqqında bəhs edən filmin premyeradan öncə nümayişi baş tutub.
Həmişə olduğu kimi, dəbdəbəli avtomobillər, yüksək sürət və inanılmaz dərəcədə təhlükəli sərgüzəştlər hamını valeh edib.
Nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər və iri təşkilatların sahibkarları dəvət olunublar.
Qonaqlar üçün maraqlı sürpriz hazırlanıb. Onlar özlərini filmin qəhrəmanları obrazında sınayıb, oyun simulyatorlarına minib avtomobilin sürətini hiss ediblər. DJ-in lazer işıqlarının parlaq işıq effektləri və kinoteatrın dekorasiyası gecə yarışı atmosferi yaradıb.
Filmdən sonra qonaqlar müzakirə aparıblar. Heyrətamiz çəkiliş və inanılmaz dərəcədə realist xüsusi effektlər, gözlənilməz süjet dönmələri və həmişə olduğu kimi, əla aktyor heyəti - Vin Dizel, Ceyson Momoa, Mişel Rodriqes, Şarliz Teron və s. hamını heyran edib.
Filmin rejissoru Lui Leteryedir.
Filmin baş sponsoru “Mazda” avtomobil şirkətidir. Tədbirin təşkilinə Brand Media Groups, “Bolşoy Prazdnik” şirkəti, RG Simulation VR Zone, “MADO” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, super-premium pivə “Kronenbourg 1664 Blanc” və Red Bull dəstək göstəriblər.
Mayın 18-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində ən çox gözlənilən blokbasterlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdirilir. Həmçinin “Forsaj 10” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə Dəniz Mall-da yerləşən “CinemaPlus”da baxmaq olar.
![](https://img.youtube.com/vi/PpnBA33sZKo/sddefault.jpg)
“CinemaPlus”da sonuncu “Forsaj” filmi - FOTO/VİDEO
Rəylər