24 
May
2023
17:11
10
45
2246
Virtual karabakh

​Mayın 25-dən etibarən “CinemaPlus”da nümayiş olunacaq filmlər - SİYAHI + VİDEO

24 May, 2023
17:11
2246

​Mayın 25-dən etibarən “CinemaPlus”da nümayiş olunacaq filmlər - SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 25-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər təqdim edilib.

Su Pərisi” ailəvi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 25 maydan etibarən ABŞ istehsalı olan “Su Pərisi” ailəvi filminin nümayişi başlayır.

Filmin rejissoru Rob Marşaldır.

Baş rollarda Holli Beyli, Cona Xauer-Kinq, Melissa Makkarti çəkiliblər. Filmin müddəti 150 dəqiqədir və 6 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Dəniz şahzadəsi Ariel yer üzündə yaşayan bir insana, şahzadə Erikə aşiq olur. Onunla birlikdə ola bilmək üçün isə sualtı cadugərlə müqavilə bağlayır. Müqaviləyə görə cadugər su pərisi Arielə ayaqlar verir, amma əvəzində onun səsini alır.

“İllüziyalar adası” qorxu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “İllüziyalar adası” qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru  Kertis Devid Xarderdir.

Baş rolları Sara Kanninq, Emili Tennant, Kassandra Nod ifa edblər. Filmin müddəti 110 dəqiqədir və 18 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Medison sosial media ilə yaşayır: o, həyatını nümayiş etdirən bloqer və "influenser"dir. Bir gün Medison Tailanda səfər etmək qərarına gəlir və burada dünyanı tək gəzən başqa bir sirli qızla tanış olur. Birlikdə onlar hər birinin daha qaranlıq tərəflərini üzə çıxaracaq mənzərəli, kimsəsiz adalara gedirlər.

“Bonun bütün qorxuları” qorxulu komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində  Kanada, Finlandiya və ABŞ istehsalı olan “Bonun bütün qorxuları” qorxulu komediya filminin nümayişi başlayır.

Filmin rejissoru  Ari Asterdir.

Baş rolları Xoakin Feniks, Parker Pouzi, Emi Rayan canlandırıblar. Filmin müddəti 195 dəqiqədir və 16 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: Bo dünyada hər şeydən qorxur və evdən çıxmamağa çalışır. Və haqlı olaraq - dünya təhlükələrlə doludur və küçələr dəli insanlarla qaynayır. Amma bir gün o, qorxularına baxmayaraq, doğma şəhərinə səyahət etmək qərarına gəlir. İndi Bo zaman və məkan anlayışlarını aşan, ağlasığmaz dərəcədə qəribə bir macəra ilə üz-üzədir.

“Aşkın Saati 19.03” türk komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Aşkın Saati 19.03” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru  Hasan Gümetdir.

Baş rolları Serkan Keskin, Şinasi Yurtsever, Erkan Can ifa ediblər. Filmin müddəti 115 dəqiqədir və 12 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.

Film haqqında qısa məlumat: “Beşiktaş”ın qələbəsini izləyən Oqtayın babası infarkt keçirərək dünyasını dəyişir. Nəvə babasının itkisinə görə çox dərd çəkir. Bir gün yolda açarlıq tapan Oqtayın həyatı tamamilə dəyişir. Açarlığın məxsus olduğu mağazaya daxil olaraq, Oqtay burada əsl sevgisi ilə qarşılaşır. Onun universitet tələbəsi olan dostu Aslı “Beşiktaş”la bağlı dissertasiya yazır. Onların hər gün daha çox artan xoşbəxtliyi evliliyə doğru gedəcəkmi?

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün: IOS link və Android link əldə edə bilərsiniz. Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri