21 
İyn
2023
17:33
15
49
2653
Virtual karabakh

İyunun 22-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

21 İyn, 2023
17:33
2653

İyunun 22-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 22-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb.

“İncimə” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 22 iyundan etibarən ABŞ istehsalı olan “İncimə” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Cin Stupnitski.

Baş rollarda: Cenifer Lourens, Endryu Bart Feldman, Natali Morales.

Müddəti: 120 dəqiqə. Yaş həddi: 16+.

Film haqqında qısa məlumat: Gənc Meddi maraqlı bir iş təklifi alır: varlı valideynlər kollecə getməzdən əvvəl 19 yaşlı oğulları Persi ilə “sevgili olmaq” üçün birini axtarırlar. Meddi tezliklə yöndəmsiz Persinin o qədər də ümidsiz olmadığını öyrənir.

“Blackberry”ni kim öldürdü” bioqrafik filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Kanada istehsalı olan “Blackberry”ni kim öldürdü” bioqrafik filminin nümayişi başlayır.

Filmin rejissoru: Met Conson.

Baş rollarda: Cey Baruşel, Qlen Hauerton, Met Conson.

Müddəti: 135 dəqiqə. Yaş həddi: 16+.

Film haqqında qısa məlumat: Bir qrup kanadalı istehsalçı böyük riskə girib kompüterlə telefonu bir cihazda birləşdirməyə cəhd edirlər. Nəticədə dünya bazarını zəbt edən, yaradıcılarını milyarder edən ilk smartfon “Blackberry” ərsəyə gəlir. Amma bu zirvədə qalmaq üçün texnologiyalar dahisi olmaq kifayət deyil. Yeni reallıq və Silikon vadisindəki amansız rəqabət onların özünəgüvənlərini və bir-birinə olan münasibətlərini imtahana çəkir.  

“Haile: Bir aile kabusu” qorxulu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Haile: Bir aile kabusu” qorxulu filminin nümayişi başlayır.

Filmin rejissoru: Rotin Alper Mestçi.

Baş rollarda: Ömer Gecü, İpek Arkan, Seyran Aksoy.

Müddəti: 115 dəqiqə. Yaş həddi: 16+.

Film haqqında qısa məlumat: Kamalın sevdiyi qız ona deyil, qardaşına ərə veriləndən sonra, o, bütün bir kəndin sonunu gətirəcək silsilə hadisələrə yol açır. 25 il sonra lənətlənmiş tilsim yenidən güclənir və vəd edilmiş qəddar hadisələr baş verir. Bütün bunların mərkəzində qalan Damla hər şeyin baş verdiyi Baras kəndinə gedir və qorxunc keçmişi ilə qarşılaşır.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link-dən əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya (012) 499-89-88 və “119” nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri