14 
Sen
2023
13:50
76
13
2824
Virtual karabakh

“CinemaPlus”da Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq - VİDEO

14 Sen, 2023
13:50
2824

“CinemaPlus”da Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 21 sentyabrdan etibarən Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediya filminin Azərbaycan dilində nümayişi başlayır.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub.

Beynəlxalq premyera 4 noyabr 2022-ci ildə “Qorqud Ata” Türk Dünyası Film Festivalında baş tutub və əsərin rejissoru, ssenari müəllifi Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırılıb.

Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları yer alıblar.

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

Çəkilişlər Xocavənd rayonunun Hadrut kəndində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.

Qeyd etmək istərdik ki, 20 sentyabrda “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və filmin aktyorları ilə Qala Gecəsi baş tutacaq!

Biletləri www.cinemaplus.az saytından, “CinemaPlus” mobil tətbiqindən və ya “Gənclik Mall” kinoteatrının kassalarından əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CinemaPlus xəbərləri