Sentyabrın 28-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO
Sentyabrın 28-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO
Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Həyat, deyəsən, gözəldir” tragikomediya filminin nümayişi başlayır.
Filmin rejissoru Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya, Aftandil Maxaradze yer alıblar
Filmin müddəti 115 dəqiqədir və 16 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.
Azərbaycan dramı “Mən burdayam, İlahi!”
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Mən burdayam, İlahi!” dram filminin nümayişi başlayır.
Filmin rejissoru Qulu Əsgərovdur. Baş rolları Rasim Cəfər, Günay Həsən, Aygün Əlipənahova, Leyli Vəliyeva, Ayşad Məmmədov canlandırıblar.
Filmin müddəti 80 dəqiqədir və 12 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: Üçaylıq komadan ayılan Vətən müharibəsi iştirakçısı, anasının öldüyünü və qızının internata himayəyə verildiyini öyrənir. İndi o, övladına sahib çıxa bilmək üçün həyatını qaydasına salmağa çalışır.
“Yaradan” fantastik döyüş filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Yaradan” fantastik döyüş filminin nümayişi başlayır.
Filmin rejissoru Qaret Edvardsdır. Baş rolları Con Devid Vaşinqton, Ralf Ayneson, Ellison Cenni ifa ediblər.
Filmin müddəti 135 dəqiqədir və 16 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: Bəşəriyyət və süni intellekt qüvvələri arasında gedən müharibə fonunda keçmiş sahə agenti Coşua həyat yoldaşının yoxa çıxmasını araşdırır. İndi o, Yaradanı - süni intellekti, eləcə də müharibəyə və bütün bəşəriyyətə son qoya biləcək sirli silahı yaradan əlçatmaz memarı tapıb məhv etməlidir.
“Kalp estetiği” romantik komediya
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyədə istehsal olunan “Kalp estetiği” romantik komediyası başlayır.
Filmin rejissoru Haydar İşıkdır. Baş rolları Evliya Aykan, Ersin Korkut, Müge Boz oynayıblar.
Filmin müddəti 115 dəqiqədir və 12 yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: Dəlisov menecer Tufan yeganə aktyoru Timuçini məşhur etmək üçün hər şeyə çalışır. Timuçin özünəməxsus istedadlı aktyor olsa da, yaraşıqlı olmadığı üçün istədiyi rolları ala bilmir. Tufanın maraqlı və saxta reklam ideyalarına görə Timuçinin başına fərqli hadisələr gəlir.
“Küçüklər patrulu: Megafilm” ailəvi cizgi filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ və Kanada istehsalı olan “Küçüklər patrulu: Megafilm” ailəvi cizgi filminin nümayişi başlayır.
Filmin rejissoru Kallan Brunkerdir. Baş rolları Finn Li-Ep, Ron Pardo, MakKenna Qreys səsləndiriblər.
Filmin müddəti 105 dəqiqədir və bir yaşdan yuxarı olan şəxslər üçün nəzərdə tutulub.
Film haqqında qısa məlumat: Sehirli meteor Macəra Şəhərində yerə çırpılır və "Küçüklər Patrulu" üzvlərinə fövqəlgüclər verərək, onları "Mega Puplara" çevirir.
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az, mobil tətbiqindən, IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün: IOS link və Android link əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.