13 
May
2024
12:52
21
46
1078
Virtual karabakh

“CineMastercard” kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - FOTO/VİDEO

13 May, 2024
12:52
1078

“CineMastercard” kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dəniz Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında “Cadı” türk trillerinin Qala gecəsi keçirilib. Film məşhur türk yazıçısı Hüseyin Rahmi Gürpınarın eyniadlı əsəri əsasında çəkilib.

Tədbirdə filmin rejissoru Erman Bostan, operator Şafak İldız və baş rolları canlandıran məşhur aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk iştirak ediblər.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Film haqqında qısa məlumat: Osmanlı İmperatorluğunun dağılması zamanı dul qalmış gənc Fikriyə Naşit Nefi Əfəndi ilə zorla evləndirilir. Naşit Nefi Əfəndinin malikanəsinə köçən Fikriyə tezliklə malikanədə yaşayan cadugərlə bağlı şayiələri eşidir. Bu zaman Fikriyə həm Naşit Nefi Əfəndi, həm də malikanə ilə bağlı sirri aydınlaşdırmaq üçün hərəkətə keçir.

Qeyd edək ki, Furkan Andıç Azərbaycan tamaşaçısına “Kara Tahta”, “Her Yerde Sen”, “Meryem” seriallarından yaxşı tanışdır. Buse Meral “Bizim Hikaye”, “Destan”, “Baba” seriallarında, Çağdaş Onur Öztürk isə “Yuvamdaki Düşman”, “Avlu”, “Ömer” və digər layihələrdə rol alıblar.

Tədbirin təşkilində “Cinema Distribution”, “Coffemania” restoranlar şəbəkəsi, foto və videoçəkilişdə - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri