Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İsDB-nin illik toplantısı çərçivəsində “COP29-a doğru” dəyirmi masada müzakirələr aparılıb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İsDB) illik toplantısı çərçivəsində keçirilən “COP29-a doğru” dəyirmi masada müzakirələr aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X”dəki səhifəsində yazıb.
“İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən “COP29-a doğru” dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:
- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;
- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;
- Bərpa olunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması”, - deyə nazir qeyd edib.
İslam İnkişaf Bankının (@isdb_group) İllik Toplantısı çərçivəsində keçirilən "#COP29-a doğru" (@COP29_AZ) dəyirmi masada #iqlimdəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 28, 2024
- Yaşıl artım və #Azərbaycan-ın dayanıqlı #enerji… pic.twitter.com/aTzUjkr0Di