Sen
2018
15:37
309
136
19956
Virtual karabakh

Bakıda evli qadını intim fotolarla şantaj edib 12 min manatını aldılar

3 Sen, 2018
15:37
19956

Bakıda evli qadını intim fotolarla şantaj edib 12 min manatını aldılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ rayon Məhkəməsində Bakı şəhər sakini Miryusif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az xəbər verir ki, M.Məmmədov CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

İttiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Samirə Əliyeva Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədov onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar (6800 manat) alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Samirə Əliyeva ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər. 

Daha sonra Miryusif Samirəni şantaj edib, evli olan qadın Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri