Dəbdəbəli “Rolls-Royce Ghost” avtomobilinin sahibi maşınını qeydiyyata salmağa macal tapmayıb və qəza törədib.
Oxu.Az xəbər verir ki, hadisə Hindistanın Mumabinin Cjuu rayonunda “Citizen” hotelinin qarşısında baş verib.
Məlumata görə, avtomobil əvvəlcə səkiyə çıxıb, daha sonra yaxınlıqdakı divara çırpılıb.
Hadisədən sonra avtomobili təxliyyə etmək üçün polisə xeyli vaxt lazın olub. Bu, avtomobil sahibinin maşını ilə ilk səfəri olub.


