10 
İyl
2020
13:06
13
132
6034
Virtual karabakh

Sumqayıtda baldızın bıçaqlanmasının TƏFƏRRÜATI: Nəvəsinin hücuma məruz qalmasına şahidlik edən qadın öldü

Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Ramilə Quliyevaya iyulun 9-da məişət zorakılığı zəminində dördü daxilə nüfuz edən 12 bıçaq zərbəsi vurulub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Baş verən cinayətin təfərrüatı məlum olub.

Saat 21:00 radələrində Anar Əlizadə (1988-ci il təvəllüdlü) H.Z.Tağıyev qəsəbəsində yaşayan baldızı R.Quliyevanın evinə gedərək, qalmaqal salıb.

A.Əlizadə baldızını onun ailəsini dağıtmaqda günahlandırıb.

Tərəflər arasında münaqişə R.Quliyevanın əri tərəfindən təhqirlərə məruz qalan bacısını öz evində saxlamasından sonra başlayıb.

Məlumata görə, A.Əlizadə narkotik maddə aludəçisi olduğundan, həyat yoldaşı ilə aralarında tez-tez münaqişələr baş verib.

Bu məsələni həll etmək qərarına gələn R.Quliyeva bacısını öz evinə aparıb.

İnsident zamanı A.Əlizadə R.Quliyevaya bıçaqla zərbələr endirməyə başlayıb və zərərçəkənin nənəsi Minayə Quliyeva (1937-ci il təvəllüdlü) bunun şahidi olub. Gözünün qarşısında baş verənlərə dözməyən M.Quliyevanın ürəyi dayanıb və o vəfat edib.

Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işinə başlanılıb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri