23 
Yan
2023
12:30
64
392
14872
Virtual karabakh

Əməkdar artist Tünzalə Əliyeva dəfn olundu - FOTO/VİDEO

23 Yan, 2023
12:30
14872

Əməkdar artist Tünzalə Əliyeva dəfn olundu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

10:36

Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimi keçirilir. 

Oxu.Az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Saytımıza açıqlama verən Əməkdar artist Dilarə Əliyeva bildirib ki, Tünzalənin sağalacağına inanırdı:

“Çox inanırdım ki, o, geri qayıdacaq. O qədər həyat eşqi var idi ki... Azərbaycan televiziyası, kinosu, teatrı Tünzalənin timsalında çox böyük aktrisanı itirdi”.

D.Əliyeva sonuncu dəfə ötən həftə danışdığını qeyd edib:

“Sonuncu dəfə ötən həftə danışdıq. Yaşamaq istəyirdi. Bütün tamaşaçılar dünən bu sənətkar üçün göz yaşı tökdülər. Qısa, mənalı və dolğun ömür yaşadı”.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri