Dek
2023
00:27
86
21
1098
Virtual karabakh

İntellektual ədəbiyyat yarmarkasında Maqomayevin “Dahi Lanza” kitabının yeni nəşri təqdim olunub - FOTO

1 Dek, 2023
00:27
1098

İntellektual ədəbiyyat yarmarkasında Maqomayevin “Dahi Lanza” kitabının yeni nəşri təqdim olunub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Opera və estrada müğənnisi Müslüm Maqomayevin 30 il əvvəl amerikalı müğənni və aktyor Mario Lanzanın həyat və yaradıcılığından bəhs edən Rusiyada ilk kitabı olmuş “Dahi Lanza” kitabının intellektual ədəbiyyat yarmarkasında (non/fiction) yeni nəşrinin təqdimatı baş tutub.

Nəşr ilk dəfə 1993-cü ildə “Muzıka” nəşriyyatında çap olunub. “Dahi Lanza” Maqomayevin iyirminci əsrin görkəmli tenorlarından birinin yaradıcılığına olan həvəsinin nəticəsi idi, o, həm də “Əsrin səsi” və “Amerika Karuzosu” adlandırılırdı. Mario Lanza Cüzeppe Verdinin “Traviata”, Cakomo Puççininin “Madam Batterflyay”, Umberto Cordanonun “Andre Şenye”​​ operalarında rolları ifa edib, həmçinin “Dahi Karuzo”, “Serenada”, “Yeni Orleanın sevimlisi” və s. filmlərdə rol alıb. Sənətçi 1959-cu ildə 38 yaşında vəfat edib.

“Bu il kitabın nəşrindən düz 30 il ötür. Bundan başqa, bu ilin oktyabrında dahi Müslüm Maqomayevin vəfatının 15 ili tamam olub. Bu il Maqomayevin həyat yoldaşı Tamara İlyiniçna Sinyavskaya onun yubileyini qeyd edib. Maqomayevin sənəti müğənnilikdən, yüksək vokal sənətindən daha yüksəkdir, bu, dünya sivilizasiyasına müəyyən töhfədir.

Yeni nəşr üzərində iş birbaşa Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti, opera müğənnisi Tamara Sinyavskayanın iştirakı ilə aparılıb. Kitabın təqdimatında Sinyavskaya qeyd edib ki, Maqomayev heç vaxt özünü yazıçı hesab etməyib.

“O, sadəcə öz qələmini sınayıb. Onun üçün o an müğənni, sənətçi və şəxsiyyət üçün istinad nöqtəsi Mario Lanza idi”, - deyə Sinyavskaya bildirib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri