Dek
2023
06:51
45
29
4455
Virtual karabakh

Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb

2 Dek, 2023
06:51
4455

Tom Holland “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Tom Holland “Marvel” komiks və kino aləmindən “Hörümçək adam” roluna qayıtması üçün şərtləri açıqlayıb.

Hollandın sözlərinə görə, o, dördüncü dəfə “Hörümçək adam” rolunu ancaq layiqli ssenari olduğu halda oynayacaq.

“Bircə onu deyə bilərəm ki, personajımın dördüncü dəfə ortaya çıxmasının potensial olaraq necə görünə biləcəyi ilə bağlı danışıqlarda fəal iştirak edirik. Personajı layiqincə canlandırmağın bir yolunu tapıb-tapmayacağımız isə bir başqa məsələdir”, - deyə o bildirib.

Holland qəhrəmanına çox diqqətli yanaşdığını vurğulayıb.

“Mənim bəxtim gətirdi ki, biz hər bir filmlə daha yaxşı və daha uğurlu olan bir franşiza üzərində işləmişik, buna isə nadir hallarda rast gəlinir və mən bu mirası qorumaq istəyirəm. Odur ki, rolumu bir daha sadəcə bunu etmək naminə etməyəcəyəm. Hər şey personaja layiq olmalıdır”, - deyə o, əlavə edib.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri