Dek
2023
17:53
193
6
2697
Virtual karabakh

“Evdə tək”in məşhur aktyoru “Ulduz”unu aldı - FOTO

2 Dek, 2023
17:53
2697

“Evdə tək”in məşhur aktyoru “Ulduz”unu aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur “Evdə tək” komediyasında baş rolun ifaçısı 43 yaşlı Makoley Kalkinin də, nəhayət, Hollivud Şöhrət Xiyabanında şəxsi ulduzu peyda olub.

Məlumata görə, açılış mərasimində aktyor göz yaşlarını güclə saxlaya bilib. Onun yanında bu əlamətdar gündə filmdə Kalkinin məşhurlaşdığı obraz Kevin Makkallisterin anası obrazını canlandıran aktrisa Ketrin O'Hara da olub. Film ailəsinin bir yerə toplaşması “Evdə Tək-2” filminin buraxılışından təxminən 30 il sonra baş verib.

“Makoley, səni təbrik edirəm. Sən bu xiyabanda ulduza layiqsən. Mən səninlə fəxr edirəm!” - deyə O'Hara bildirib.

Ondan başqa tədbirdə onun nişanlısı və iki oğlu da iştirak ediblər.

Mənbə: hellomagrussia.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri