Dek
2023
02:14
7
95
2668
Virtual karabakh

Demensiyadan əziyyət çəkən Bryus Uillisin vəziyyəti açıqlandı

8 Dek, 2023
02:14
2668

Demensiyadan əziyyət çəkən Bryus Uillisin vəziyyəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Bryus Uillis demensiyadan əziyyət çəkir. İndi özünü əvvəlkindən daha çox pis hiss edir.

Məlumata görə, aktyor ailəsinin - keçmiş həyat yoldaşı aktrisa Demi Mur, indiki həyat yoldaşı Emma Heminq və uşaqlarının əhatəsindədir.

“Bryusa diaqnoz qoyulan kimi bütün ailə üzvləri başına toplaşıb ki, o, heç kimi unutmasın. Onlar bütün günü yanındadırlar. Bu hadisə ailəni bir araya gətirib. Bryusun nə qədər ömrü qaldığını heç kim bilmir, ona görə də hər anlarını onunla keçirirlər”, - deyə ailəyə yaxın mənbə bildirib.

“Bundan başqa, 68 yaşlı Uillis, qızı Rumerin qızı - səkkiz aylıq nəvəsi Luetta ilə vaxt keçirir. Rumer istəyir ki, Luetta Bryusu tanısın, onun həyatının bir parçası olsun”, - deyə qeyd olunub.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri