Hər il dünyanın fərqli yerlərindən 50 000-dən çox insan Türkiyədə yerləşən “Acıbadem” klinikalarına müalicə üçün gəlir. Onların əksəriyyəti xərçəng xəstəliyi ilə mübarizə aparır. “Acıbadem” klinikası təcrübəli həkim kollektivi, ən son tibbi avadanlıq və texnologiyalar və ən əsası isə klinikada uğurla müalicə alan xəstələrin tövsiyələri əsasında seçilir. Bəs “Acıbadem” klinikasının mütəxəssisləri özlərinin digər elit və qlobal onkoloji mərkəzlərindən üstünlüklərini nədə hesab edirlər? “Acıbadem” Universitetinin tibbi onkologiya kafedrasının rəhbəri, professor Özləm Erin sözlərinə görə, üç belə amil var:
- hərtərəfli yanaşma;
- multidisipliner mütəxəssislər kollektivi;
- fərdi olaraq hədəfləndirilmiş terapiya.
Hərtərəfli yanaşma
Xərçəng xəstəliyi ilə uğurla mübarizə aparmaq üçün təkcə ən müasir tibbi avadanlıqla təchiz olunmuş mərkəz və ya tanınmış həkim tapmaq yetərli deyil. Əlbəttə ki, bunlardan biri və ya digəri olmadan da mümkün deyil, amma razılaşmaq lazımdır ki, yalnız diaqnoz düzgün qoyulduğu zaman, lazımi müalicə vaxtında edildiyində və xəstə bütün mərhələlərdə öz sahəsini yaxşı bilən mütəxəssislərin etibarlı əllərində olduğuna əmin olduqda xəstəliyə qalib gəlmək mümkündür.
Bunun üçün bizə sadəcə yaxşı həkim və ya tibbi avadanlığın olması yetərli deyil, bizə aşağıda sadalananları yerinə yetirə bilən bütöv bir kollektivin görə biləcəyi iş lazımdır:
- lazımi hallarda cərrahiyyə əməliyyatı, kimyaterapiya və radioterapiya da (şüa müalicəsi) daxil olmaqla hərtərəfli müalicə planını vaxtında və düzgün qaydada hazırlamaq;
- ən son tətbiq olunmuş müalicə üsullarını təklif etmək;
- qidalanma, fiziki fəaliyyət, sosial və psixoloji uyğunlaşma ilə bağlı məsləhətlərlə hərtərəfli dəstək vermək.
Multidisipliner mütəxəssislər kollektivi
“Dərin əminliklə bildiririk ki,...” deyə rəy bildirir professor Özləm Er. Daha sonra “onkoloji mərkəz sadəcə olaraq xərçəng xəstəliyinin hərtərəfli müalicəsinin mərkəzi olmağa borcludur ifadəsini işlədir: “Hərtərəfli müalicə” dedikdə, biz nəzərdə tuturuq ki, belə bir mərkəzdə aşağıda sadalanan şöbələr olmalıdır:
- tibbi onkologiya;
- şüa onkologiyası;
- cərrahi onkologiya;
- patologiya;
- molekulyar patologiya;
- nüvə təbabəti;
- radiologiya.
Əgər bütün bu şöbələrin tamamı bir mərkəzdə yerləşirsə və xərçəng xəstəliyinin diaqnostikası və müalicəsində lazımi təcrübəyə malikdirsə, o zaman müvəffəqiyyət ehtimalı əhəmiyyətli dərəcədə artır”.
“Acıbadem”də hər bir yeni xərçəng xəstəliyindən əziyyət çəkən xəstənin xəstəlik tarixi müxtəlif ixtisaslar üzrə çalışan onkoloqların daxil olduğu xüsusi onkologiya şurasında müzakirə olunur. Bu, hər bir konkret hal üçün bütün mövcud yanaşmaları və müalicələri nəzərdən keçirib, qiymətləndirməyə və ən optimal fəaliyyət kursunu hazırlamağa kömək edir.
Fərdi olaraq hədəfləndirilmiş terapiya
“Son zamanlarda onkologiyada aktiv hüceyrələrə zərər yetirmədən xərçəng hüceyrələrinin daha dəqiq aşkar edilməsinə və məhv edilməsinə yönəldilmiş məqsədyönlü terapiya fəal şəkildə inkişaf etdirilir”,- deyə professor Özləm Er izah edir.
Bunun üçün onkoloji diaqnozu təsdiqlədikdən sonra şişin mərhələsinin (xərçəng hüceyrələrinin digər orqanlara yayılıb yayılmaması) və dərəcəsinin (təsirə məruz qalan hüceyrələr normadan nə qədər güclü şəkildə fərqlənir) müəyyən edilməsi üçün bir sıra testlər aparılır. Əldə edilən nəticələrə əsasən, şişin dəqiq xüsusiyyətlərinə və xəstənin fərdi fiziki xüsusiyyətlərinə əsasən fərdi müalicə planı hazırlanır.
Bu yanaşma xərçəng hüceyrələrinin məqsədyönlü şəkildə məhv edilməsinə xərçəng xəstəliyinin müalicəsində ən son tibbi inkişaflar sayəsində mümkün olub, o cümlədən:
- xərçəng hüceyrələrinin daxilində və ya səthindəki hədəflərə hücum edə bilən yeni nəsil yüksək ixtisaslaşdırılmış “ağıllı” dərmanlar;
- immunoterapiyanın prinsipini professor Er aşağıdakı kimi izah edir:
“immunitet hüceyrələri bədənimizin döyüşçüləridir, məqsədimiz onları aktivləşdirmək və xərçəng hüceyrələrinə virus və ya bakteriyalara hücum etdikləri kimi hücum etməkdir”.
Erkən mərhələdə aşkar edilən xərçəng xəstəliyi…
Ən effektli şəkildə müalicə edilə bilir. Buna görə də illik sağlamlıq müayinəsini qaçırmamaq və diqqət tələb edən hər hansı bir xəbərdarlıq əlamətini müayinə etdirmək çox vacibdir. Ehtiyac duyulduğu zaman təcrübəyə, texnoloji imkanlara və müalicəyə kompleks yanaşmaya malik olan “Acıbadem” klinikasının mütəxəssislərindən kömək istəyə bilərsiniz!
Qeyd edək ki, “Acıbadem” klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.
Tel.: +994 12 595 96 81.
Eləcədə, veb saytdan və ya rəsmi nümayəndəlikdən bir ərizə göndərərək “Acıbadem”in aparıcı həkimlərindən müstəqil bir konsultasiya ala bilərsiniz: http://www.acibadem.com.az/