Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Birbank Bahar Lotereyası" başlayır: Superpriz "Toyota Corolla" avtomobili
"Birbank" bu baharı müştəriləri üçün unudulmaz edir. Belə ki, 11 mart-15 may 2025-ci il tarixləri arasında "Birbank"da onlayn kanallardan nağd kredit və ya kredit kartı əldə edən müştərilər stimullaşdırıcı "Birbank Bahar Lotereyası"na qoşulurlar.
Lotereyada iştirak etmək üçün "m10" tətbiqindən nağd pul krediti, eləcə də "Birbank" tətbiqindən və ya birbank.az, kapitalbank.az-dan nağd pul krediti, "Birbank Star" kredit kartı və ya istənilən "Birbank" taksit kartı, Umico.az-dan isə kredit əldə etmək kifayətdir.
Lotereyanın şərtlərinə əsasən rəsmiləşdirilən hər 1000 AZN məbləğə görə müştəri 1 şans qazanır. Eyni anda bir neçə kredit və ya kart rəsmiləşdirən müştərilər isə məhsulların hər biri üçün ayrıca iştirak şansı əldə edirlər. Bundan əlavə, "Umico" onlayn satış platformasında lotereya dövründə əldə edilən Umico.az-dan kredit, "Birbank Star" və ya "Birbank" taksit kartları ilə edilən hər 1 000 AZN-lik alış-veriş əlavə bir şans qazandırır.
Lotereyanın yekununda minlərlə şanslı müştəridən yalnız 100 nəfəri qalib adına layiq olacaq. Onlardan 45 nəfər "Bravo" marketdən 50 AZN-lik kupon, 25 nəfər "Kontakt Home"dan 200 AZN hədiyyə kartı, 15 nəfər "PAŞA Travel"dan 300 AZN dəyərində ölkədaxili səyahət paketi, 10 nəfər "Apple Watch Series 8", 4 nəfər "iPhone 16 Pro" mobil telefonu qazanacaq. 1 nəfər isə lotereyanın superprizi "Toyota Corolla" avtomobilini əldə edəcək.
Lotereyanın tirajı 5 iyun 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında müəyyən ediləcək. Seçim prosesi "Birbank"ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
Ətraflı məlumat üçün: http://b-b.az/blpr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "Paşa Holding"ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
"Kapital bank" teqi üzrə xəbərlər
- Doğru yolda yeni karyera imkanları: "Birbank"ın "PO Growth" proqramına start verildi
- "Birbank"ın dəstəyi ilə Qadın Liderləri Zirvə Toplantısı keçirilib
- "Moody's": Azərbaycanda bu il kreditləşmə artacaq
- "Birbank"da sərfəli depozit kampaniyası davam edir: Qazancınızı 11%-dək artırın
- Qırmızı Ürəklər Fondunun ekoloji təşəbbüsü davam edir: 100 kq batareya toplandı