Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qusar şəhərində sahibsiz qalan stadionun tikintisi yenidən davam etdiriləcək?
1962-ci ildə Qusar şəhərinin sakinlərinin istifadəsinə verilən Şövkət Orduxanov adına stadion doqquz il öncə sökülərək, idman obyektinin yenidən qurulması işlərinə başlanıb. Amma stadionun bərpa prosesi 2024-cü ilin may ayından etibarən dayandırılıb.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Qusar Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin əməkdaşı Svetlana Mirzəyeva bildirib ki, stadionun tikintisi özəl şirkətlər tərəfindən həyata keçirilir:
"Şövkət Orduxanov adına şəhər stadionu Qusar Rayon İcra Hakimiyyətinin balansında deyil. Aldığımız şifahi məlumata görə stadionun tikintisi özəl şirkətlər tərəfindən həyata keçirilir. Stadionun sənədləşmə işləri başa çatdıqdan sonra işlərin davam etdirilməsi nəzərdə tutulur".