Beyin şişləri mövcud xərçəng xəstəliklərinin yalnızca 2%-ni təşkil edir və dünyada ən çox ölümə səbəb olan hallar arasında 10-cu sıradadır. Acıbadem-də yüksək səviyyəli cərrahi təcrübəmizlə neyroendoskopiya, ultrasəs aspirasiya, intraoperativ MRT, neyromonitorizasiya, neyronaviqasiya kimi beyin şişi cərrahiyyəsində ən müasir metodları tətbiq edirik. Acıbadem-in Beyin Şişləri üçün Həkimlər Şurası beyin şişi müalicəsinə xüsusi diqqətlə yanaşır.
Şok edici diaqnoz
54 yaşlı keçmiş mühasib Corc 2019-cu ilin avqustunda İstanbula səfər etdi. Səfər zamanı o, anidən aydın danışma qabiliyyətini itirdi. Təcili yardımla Acıbadem-ə gətirildi və MRT müayinəsi zamanı onun beynində şiş aşkarlandı. Corc o anda olduğu vəziyyətini belə şərh edir: “Son dörd aydır başağrısından əziyyət çəkirdim və düşünürdüm ki, sadəcə stresdəndir. Və birdən danışmaq istəyəndə heç nə deyə bilmədim”.
Neyrocərrahiyyə professoru Kenan Koç onun üçün dərhal beyin MRT-si təklif edib və bu zaman onun beynində stolüstü tennis topundan azca kiçik bir şiş aşkarlanıb. Kütlə beynin nitq qabiliyyətini təmin edən broka bölgəsində yerləşirdi. Planımız şişin mümkün qədərini zərərsiz bir şəkildə çıxarmaq idi. Bundan sonra isə müalicə radioterapiya ilə davam etdiriləcəkdi.

Qərar
Corcun bir neçə düşüncəsi var idi: “Ailə həkimim məni geri çağırdı. Bu, mənim İstanbulda qalıb əməliyyat olunmağım üçün kifayət etdi”.
Əməliyyat
Əməliyyat qalıcı nevroloji zədələr olmadan həyata keçirildi. Acıbadem-in Beyin Şişləri üçün Həkimlər Şurası total rezeksiya əvəzinə şişin mümkün qədər çox hissəsini çıxarmağa qərar verdi. Cərrahiyyə əməliyyatından sonra Corc Acıbadem-də altı həftə radioterapiya aldı.
Müalicədən sonra
Müalicə onu pis simptomlardan və şişdən xilas etdi. Corc deyir: “Allaha şükürlər olsun ki, mən yaxşı tibbi yardım almaq üçün lazımi anda lazımi yerdə idim.”
Əməliyyatdan 3 il sonra Corcda hər hansı şiş təkrarlanmadı.

Dr. Kenan Koç, Neyrocərrahiyyə professoru
Kenan Koç 25 ildən artıq təcrübəsi olan türkiyəli neyrocərrahdır. Onun ixtisasına minimal invaziv üsullar, burun dəliklərindən şişləri əldə etməyə və çıxarmağa imkan verən endoskopik cərrahiyyə daxildir. 3000-dən çox beyin və onurğa beyni şişləri üzrə onkoloji əməliyyat, 850-dən çox endoskopik hipofiz və kəllə əsası əməliyyatı, 400-dən çox beyin-damar əməliyyatı, beyin anevrizması olmaqla ümumilikdə 6200-dən çox uğurlu əməliyyat həyata keçirib.

Acıbadem Universitetinin xəstəxanası olan Acıbadem Atakent beynəlxalq JCI Akademik Tibb Mərkəzi Xəstəxanaları Akkreditasiyasına malikdir.
Acıbadem Atakent bütün tibb sahələrində – invaziv kardiologiya və ürək cərrahiyyəsi, uşaq ürək-damar cərrahiyyəsi, onkologiya, neyrocərrahiyyə, sümük iliyi və orqan transplantasiyası sahələrində diaqnostika və müalicə xidmətləri göstərir.

Qeyd edək ki, Acıbadem klinikasının Bakı nümayəndəliyinin xəstələrin məsləhət alması və müalicəsi üçün Türkiyəyə getməsində kömək edəcəyi ofisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 36 ünvanında yerləşir.
Tel.: +994 12 595 96 81