“Lenovo” və Intel®️ -in sponsorluğu ilə “Gaming League Azerbaijan” “Counter Strike - Global Offensive” üzrə “Lenovo Legion Winter Cup” kiberidman çempionatını təşkil edir.
Yarışda ölkənin bütün regionlarından 20-yə qədər qeymer komandasının iştirakı gözlənilir.
Çempionat dekabrın 1-də başlayacaq və dekabrın 17-də başa çatacaq.
Turnirin qalibləri GLA, “Lenovo” və Intel®️ -dən mükafat və müxtəlif hədiyyələr qazanacaqlar.
Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaradılan və kiberidman turnirləri keçirən GLA bu günə kimi 40-dan çox çempionat təşkil edib. Kiberidman mədəniyyətinin formalaşdırılması məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda idman oyunlarının beynəlxalq səviyyədə inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlər üçün lazımi şəraitin yaradılmasıdır.