Bütün dünyada milyonlarla pasiyentin göz sağlamlığını təmin edən Türkiyənin “Dünyagöz” Xəstəxanalar Qrupu 2017-ci ildə Bakıda xidmətə başlayıb.
8 500 kvadratmetrlik sahəyə malik, 30 milyon dollar dəyəri olan bu xəstəxana indiyə qədər on minlərlə azərbaycanlını göz sağlamlığına qovuşdurub.
Bu günə qədər bütün hədəflərini reallaşdıran “Dünyagöz” Xəstəxanalar Qrupu, xidmətlərini dünyaya yaymaq üçün qarşısına daha böyük hədəflər qoyub. Bu il Qırğızıstanda açılışını həyata keçirdiyi şöbəsi ilə birlikdə Qazaxıstan, Özbəkistan, Bolqarıstan və Rusiyada planlaşdırdığı investisiyaları ilə var gücü ilə çalışmağa davam edir.
