Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Expressbank"ın biznes müştərilərinə daha bir yenilik
"Expressbank" biznes müştərilərinə bank xidmətlərində rahatlıq imkanlarını artırmağa davam edir.
Artıq "Expressbank" internet bankçılıq platformasının istifadəçiləri "AniPay" qeydiyyat modulu imkanlarından yararlana bilərlər.
Xidmətdən istifadə etmək üçün müştərilərimiz platformada öz hesablarına daxil olur və əsas səhifədə yer alan "AniPay" sistemindəki şəxsi kabinetlərinə keçid edirlər. Açılan pəncərədə "AniPay" köçürmələrinin qəbul edilməsi zamanı istifadə edilən aliasların internet bankçılıq vasitəsilə yaradılması, silinməsi və hesabların əvəz edilməsi proseslərini icra etmək mümkündür.
"Expressbank"ın biznes xidmətləri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" - İşiniz rahat getsin!
Rəylər