“Expressbank” növbəti karyera sərgisini keçirib. Namizədlərin böyük marağına səbəb olan tədbir bankın baş filialında təşkil edilib. Sərgi müddətində iştirakçılar mövcud vakansiyalar ilə tanış olublar, seçilmiş namizədlər üçün bankın əməkdaşları tərəfindən ekspres müsahibə keçirilib. Həmçinin sərgi iştirakçıları üçün müxtəlif müsabiqələr təşkil edilib.
Qeyd edək ki, sərgidə iştirak edən namizədlər sırasından “Expressbank” komandasına yeni əməkdaşlar da qoşulublar.
Siz də karyeranızı “Expressbank”da qurmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyalarla tanış ola və sizə uyğun vakansiya üzrə müraciət edə bilərsiniz.
“Expressbank” ASC Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, “132” Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.