Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Expressbank" silsilə ekoloji layihələr keçirir
"Expressbank" "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə başlatdığı "Təbiətə qayğı - Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində silsiləvi yaşıl aksiyaların icrasına başlayıb.
Belə ki, bu il ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsinə həmrəylik ifadəsi olaraq "Expressbank" əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Layihənin keçirilməsində məqsəd bank əməkdaşlarını yaşıl gələcəyin bünövrəsinin qoyulması ideyası ətrafında toplayaraq dövlətimizin tutduğu mövqeyə dəstəyi ifadə etməkdir. Layihə çərçivəsində paytaxtın ən hərəkətli yollarından biri olan Salyan şosesinin yolkənarı ərazisində 300 ədəd Eldar şamı ağacı əkilib. Aksiyanın həyata keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları da dəstək göstəriblər.
Qeyd edək ki, "Expressbank" ASC bundan öncə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyasında da fəal iştirakı ilə fərqlənmişdi.
"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" - İşiniz rahat getsin!
Rəylər