Gündəlik gediş-gəliş nə qədər vaxt və pul tələb edir?
İşəgötürənin təqdim edə biləcəyi ən cəlbedici üç imkanı seçərkən sorğu iştirakçılarının 50%-i işə gediş-gəliş xərclərinin qismən qarşılanmasını qeyd edib. Bu, həmin sualda ən çox seçilən variant olub. Nəticə şirkətlərə əməkdaşlar üçün əlavə imtiyazlar planlaşdırarkən nəqliyyat dəstəyinə diqqət yetirməyin vacibliyini göstərir.
- Bakı, Xırdalan, Sumqayıt və Gəncədə keçirilən sorğunun iştirakçılarının yarısı işə və ya təhsil müəssisəsinə bir istiqamətdə çatmaq üçün 30 dəqiqədən çox vaxt sərf etdiyini bildirib. Xərclərlə bağlı suala cavab verənlər arasında ortaaylıq gediş-gəliş xərci isə 109 manat təşkil edib.
Bu nəticələr "Bolt for Business"in Azərbaycanda işə gediş-gəlişlə bağlı ilk sorğusunda əks olunub. "Era" tədqiqat şirkəti tərəfindən telefon müsahibələri və onlayn sorğular vasitəsilə aparılan araşdırmada dörd şəhərdən 800 nəfər iştirak edib.
- Yolda sərf olunan vaxt şəhərlər üzrə fərqlənir. İşə və ya təhsil müəssisəsinə bir istiqamətdə çatmaq üçün 30 dəqiqədən çox vaxt sərf edənlərin payı Xırdalanda 58%, Bakıda isə 56% olub. Gəncədə iştirakçıların 79%-i həmin yolu 30 dəqiqə və ya daha qısa müddətdə qət etdiyini bildirib.
- Tıxaclar gediş-gəlişdə ən çox narazılıq yaradan amil kimi önə çıxıb. Narazılığın səbəbləri ilə bağlı suala cavab verənlərin 61%-i məhz tıxacları qeyd edib.
- Nəqliyyat xərclərində də fərqlər müşahidə olunub. Xərclərini bildirən iştirakçılar arasında ortaaylıq məbləğ Bakıda təxminən 119 manat, Gəncədə isə 85 manat təşkil edib. Bu göstəricilər müxtəlif nəqliyyat vasitələri ilə işə və ya təhsil müəssisəsinə gediş-gəlişin ümumi xərcini əks etdirir.
Bu xərclərin bir hissəsinin işəgötürən tərəfindən qarşılanması əməkdaşların aylıq büdcəsinə birbaşa dəstək ola bilər. Şirkətlər belə dəstəyi öz büdcələrinə və əməkdaşların ehtiyaclarına uyğun planlaşdıra, müəyyən məbləğ və istifadə qaydaları tətbiq edə bilərlər. Bu yanaşma əməkdaşların gündəlik xərcini yüngülləşdirməklə yanaşı, şirkətə nəqliyyat büdcəsinə nəzarəti saxlamaq imkanı verir.
"Bolt for Business" şirkətlərə əməkdaşların işə gediş-gəlişini və işgüzar səfərlərini vahid hesabdan idarə etmək, xərc limitləri müəyyənləşdirmək və xərcləri izləmək imkanı verir. Əməkdaşlar isə bu limitlər daxilində şəxsi vəsaitlərindən ödəniş etmədən şirkətin hesabına səfər edə bilirlər. Sorğunun nəticələri işəgötürənlərə bu dəstəyi əməkdaşların real ehtiyaclarına uyğun planlaşdırmağa kömək edir", - "Bolt for Business"in Azərbaycandakı rəhbəri Salman Babazadə bildirib.
"Bolt" haqqında
"Bolt" 50-dən çox ölkədə və 850 şəhərdə fəaliyyət göstərən mobillik platformasıdır. Platforma 200 milyondan çox istifadəçiyə səfər sifarişi, skuter, elektrikli velosiped və avtomobil icarəsi kimi xidmətlər təqdim edir. Şirkət, həmçinin avtonom, yəni sürücüsüz avtomobillərin platformada istifadəyə verilməsi üçün imkanlarını inkişaf etdirir. Dünya üzrə 4.5 milyondan çox sürücü Bolt platformasından istifadə edir. Şirkətin məqsədi müxtəlif səfər ehtiyaclarına uyğun daha yaxşı alternativlər təqdim etməklə şəxsi avtomobilə sahib olmaq əvəzinə nəqliyyat xidmətlərindən istifadəyə keçidi sürətləndirməkdir.