Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını böyük qürur və sevinc hissi ilə təntənəli mərasimdə yola salıb.
Bu il Kanada Azərbaycan məktəbinin məzunları "Ontario Secondary School Diploma (OSSD)" proqramını 95 faizdən yuxarı akademik göstərici ilə uğurla başa vuraraq beynəlxalq səviyyədə mühüm nailiyyətlər əldə ediblər. Onlar Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya və Çexiyanın nüfuzlu ali təhsil müəssisələrinə "Foundation" proqramı keçmədən birbaşa bakalavr pilləsinə qəbul olunublar. Məzunlar maliyyə, beynəlxalq münasibətlər, biotibb elmləri, informasiya texnologiyaları, kompüter elmləri və süni intellekt, tibb, iqtisadiyyat və biznes, eləcə də stomatologiya kimi müasir və perspektivli ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər. Qəbul olduqları ölkələrdə üçillik bakalavr təhsili qazanıblar.
2026-cı il məzunları aşağıdakı universitetlərə bir başa qəbul olunublar:
- "The University of Edinburgh - Dentistry"
- "Queen Mary University of London - Finance"
- "University of Southampton - International Relations"
- "University of Birmingham - Biomedical Science"
- "University of Birmingham - Information Technology"
- "The University of Edinburgh - Computer Science and Artificial Intelligence"
- "Charles University - Faculty of Medicine"
- "University of Cassino and Southern Lazio - Economics and Business"
Nəzərinizə çatdıraq ki OSSD diplomu, İB, "A-Level" və İB dərcəsinə eyni malik olan diplomdur.
Məktəbdən bildirilib ki, əldə olunan nəticələr təhsil müəssisəsində tətbiq olunan beynəlxalq təhsil proqramının, yüksək ixtisaslı müəllim heyətinin peşəkarlığının, valideynlərin etimadının və şagirdlərin məqsədyönlü fəaliyyətinin göstəricisidir.
Qeyd edək ki, Kanada Azərbaycan Məktəbində şagirdlərə yalnız akademik biliklər deyil, eyni zamanda tənqidi düşünmə, analitik yanaşma, liderlik, elmi araşdırma və qlobal dünyagörüşü kimi XXI əsrin vacib bacarıqları da aşılanır. Məktəbin əsas məqsədi hər bir şagirdi dünyanın aparıcı universitetlərinə hazırlamaq və onların beynəlxalq səviyyədə uğurlu karyera qurmasına dəstək verməkdir.
Məzuniyyət mərasimində Kanadadakı tərəfdaş məktəbin direktoru Devid Stiven Oançia da iştirak edərək məzunlara diplomlarını təqdim etdi. Bildirilib ki, təqdim olunan diplomlar beynəlxalq səviyyədə tanınan təhsil sənədi olmaqla yanaşı, məzunların dünyanın aparıcı universitetlərinə və gələcək peşə həyatına inamla addımlamalarına geniş imkan yaradır.
Kanada Azərbaycan Məktəbində hesab edirlər ki, bugünkü məzunlar gələcəkdə müxtəlif ölkələrdə həkim, mühəndis, proqramçı, iqtisadçı, alim və lider kimi fəaliyyət göstərərək Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər.
Sonda məktəb rəhbərliyi bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək hər birinə yeni uğurlar, möhkəm iradə və parlaq gələcək arzulayıb.