NATO zirvə toplantısı ilə əlaqədar Ankarada səfərdə olan Fransanın dövlət başçısı Emmanuel Makron bu gün səhər qaçışı edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, Makron öz komandası ilə birlikdə İran prospektindən başlayaraq Seğmenler parkına qədər hərəkət edərək məşqini yerinə yetirib.
Makronun qaçışı zamanı həm parkın özündə, həm də ətraf ərazilərdə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Vətəndaşların girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulan Seğmenler parkını tərk edən Fransa lideri məşqini bitirdikdən sonra NATO sammitinin rəsmi tədbirlərinə qatılmaq üçün oradan ayrılıb. Qeyd edək ki, Makronun Ankarada səhər idmanı edəcəyi barədə məlumatlar sammitdən əvvəl sosial şəbəkələrdə böyük maraq doğurub. Xüsusilə də qaçış marşrutu və görüləcək təhlükəsizlik tədbirləri ictimaiyyətin diqqət mərkəzində olub.