Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1 500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" tipli elanlar yayılıb.
Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.
Bildirilib ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur:
"Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.
Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un rəsmi kanallarını izləməyə çağırırıq".