İstanbul İnzibati Məhkəməsi Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.
Oxu.Az xəbər verir ki, bunu Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında paylaşıb.
"Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq, şikayətimi təmin etməyib".