Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"OBA"nın 1500-cü ünvanı Naxçıvan oldu
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "OBA" marketlər şəbəkəsi 1500-cü mağazasını Naxçıvan Muxtar Respublikasında açıb. Açılışda Veysəloğlu Şirkətlər Qrupunun rəhbəri Aydın Talıbov, "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, eləcə də Kəngərli rayon icra nümayəndəliyi iştirak ediblər.
VŞQ-nin rəhbəri Aydın Talıbov Naxçıvanda ilk və eyni zamanda 1500-cü mağaza açılışı münasibətilə "OBA"nı təbrik edərək fəaliyyətlərində uğurlar arzu edib.
"OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, yaradılmasının 30 illiyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu Naxçıvan ərazisində yeni mağaza açılışları ilə artıq Muxtar Respublikada 150 yeni iş yerinin açılmasını təmin edib. Şirkətlər Qrupu Naxçıvandakı fəaliyyəti ilə yerli istehsalı stimullaşdırmağı, yeni iş yerləri açmağı və yerli fermerlərin istehsal etdikləri məhsulların geniş satışını təşkil edəcək.
Qeyd edək ki, bu tarixi an şəbəkənin ölkə üzrə inkişafının mühüm mərhələsini təşkil edir. Naxçıvanın bir neçə bölgəsində fəaliyyətə başlayan yaxın qonşunuz "OBA" həmişə olduğu kimi keyfiyyətli məhsulları sərfəli qiymətlərlə təqdim edir. Filiallar Kəngərli, Babək, Ordubad, Sədərək, Şərur regionlarında xidmət göstərməyə başlayıb.
Bu addım yerli əhalinin gündəlik qida və qeyri-qida ehtiyaclarını qarşılamaqda, həmçinin iş imkanlarının artmasında böyük əhəmiyyət kəsb edir.
Siz də yolunuzu "OBA"dan salın, alış-verişdən razı qalın!
"Veysəloğlu Şirkətlər Qrupu" teqi üzrə xəbərlər
- "Veysəloğlu" Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu
- "Araz" mobil tətbiqi qazandırır
- "Veysəloğlu MMC" şirkətindən "Red Bull" brendi adından yayılan saxta məlumatla bağlı AÇIQLAMA
- Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir
- "Araz" Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək