Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Meksikada lüks avtomobildə olan cinayətkarlar 8 nəfəri güllələdilər
Meksikanın Quanaxuato ştatının Apaseo-esl-Qrande şəhərində cinayətkarlar yol kənarındakı kafeyə hücum ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "N+" telekanalı məlumat verib.
Məlumata görə, cinayətkarlar El-Trebol rayonunda yerləşən yol kənarındakı kafeyə və ona bitişik mağazalara atəş açıblar. Nəticədə 8 nəfər həyatını itirib ki, onların arasında iki yanğınsöndürən və təcili yardım həkimi də olub, iki nəfər isə xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edilib ki, silahlı şəxslər lüks ağ avtomobildə olublar və heç bir söz demədən dərhal atəş açıblar. Daha sonra isə hadisə yerindən qaçıblar.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
"Meksika" teqi üzrə xəbərlər
- Ukrayna ABŞ silahlarını Meksika narkokartellərinə satır - ŞOK İDDİA
- Meksika körfəzi yeni adı ilə "Google" xəritələrində rəsmi şəkildə görünməyə başladı
- Trampın rüsumları əks-təsir verdi: Amerikalılar indidən "ağrı hiss edirlər"
- Serxio Ramosun yeni komandası bəlli oldu - Meksika klubuna keçir
- Pentaqon rəhbəri Meksika narkokartellərinə qarşı xüsusi hərbi əməliyyatların anonsunu verdi
Rəylər