Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Veysəloğlu MMC" şirkətindən "Red Bull" brendi adından yayılan saxta məlumatla bağlı AÇIQLAMA
"Veysəloğlu" MMC distribusiyasını həyata keçirdiyi "Red Bull" markası ilə bağlı yayılan yanlış məlumatlara dair rəsmi açıqlama yayıb.
Şirkətdən Oxu.Az-a bildirilib ki, son dövrlərdə müxtəlif sosial şəbəkələrdə "Red Bull" brendi adından saxta postlar paylaşılır:
"Bu paylaşımlarda "Red Bull" adından istifadə edərək endirim kampaniyalarının keçirildiyi göstərilir və əsassız foto və videomateriallar təqdim olunur".
Açıqlamada qeyd olunur ki, "Red Bull" markası ilə bağlı məlumatlar ancaq rəsmi sosial şəbəkələrdə "Instagram", həmçinin "TikTok" səhifələrində və rəsmi saytında (redbull.az) elan paylaşılır.
Şirkət vətəndaşlardan xahiş edir ki, "Red Bull" markasına aidiyyəti olmayan səhifələrdə yayılan saxta məlumatlara etibar etməsinlər. Eyni zamanda, belə təxribatlar törədən şəxslərin hüquqi məsuliyyətə cəlb ediləcəyi vurğulanıb.
Bu cür elanların düzgünlüyünü yoxlamaq üçün yalnız rəsmi mənbələrə müraciət etmək tövsiyə olunur".
Rəylər