Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Britaniyada qrip epidemiyası: Xəstəxanalar çökmək üzrədir
Böyük Britaniyada xəstələr bəzi hallarda təcili tibbi yardımı iki gündən çox gözləməyə məcbur qalırlar, səbəb xəstəxanaların qripə yoluxanların axını ilə başa çıxa bilməməsidir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Times" qəzeti milli səhiyyə xidmətinin nümayəndəsinə istinadla məlumat verib.
"Ön cəbhədə səhiyyə işçiləri böyük təzyiq altında işləyirlər və tələbat azalmır: son məlumatlar göstərir ki, ötən ilin sonunda qrip hallarının sayı gündə 5 min nəfərə qədər artıb", - deyə mənbədən vurğulanıb.
Qeyd olunub ki, ötən həftə krallıqda doqquz xəstəxana "kritik yüklənmə" elan edib.
Belə ki, Liverpul Kral Universiteti Xəstəxanası bildirib ki, təcili tibbi yardıma ehtiyacı olan hər yeni xəstənin qəbulu üçün əməkdaşlara 50 saatdan çox vaxt lazım ola bilər. Pasiyentlərdən biri isə qəbulu 91 saatdan çox gözləyib.
Birmingem Universiteti Xəstəxanası isə xəstələrə müraciət edərək tibb müəssisəsinə getməzdən əvvəl "yaxşı düşünməyə" çağırıb.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- Məşhur nəşr məxfi sənədlər dərc etdi: Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?
- Tramp Britaniyanın "çox böyük səhvini" açıqladı
- İngiltərədə tarixi kəşf: Dinozavr izlərinin olduğu ən böyük ərazi aşkarlandı
- Yəmənin paytaxtına hava zərbələri endirildi
- Qaret Sautqeyt "Britaniya İmperiyası" ordeninə layiq görülüb
Rəylər